Anidən Embedded Engineer olmağa qərar verdikdən sonra, nuh əyyamından qalmış C++ biliklərimlə kiçik bir project etmək qərarı aldım.
İlk project-im olduğu üçün çox sadə olacaq amma nələrsə əlavə etməyi düşünürəm.("nələrsə" aşağıda qeyd olunacaq). Günəşin bitkiləri və təbiəti sevdiyini düşünərək bununla bağlı bir şey etmək qərarına gəldim.
NBTT(Plant Growth Simulator) — bitkinin böyüməsini simulyasiya edən sadə bir sistemdir.(hələki simulyasiya, çünki hələ Aurdino Kits almamışam....)
Layihə nə edir?
- 🌞 İşıq səviyyəsini oxuyur. (LDR sensor)
- 💧 Torpağın nəmliyini ölçür.
- 📈 Bitki böyüməsini çevrə faktorlarını(işığın intensivliyi və torpağın nəmliyi) nəzərə alaraq riyazi model ilə hesablayır.
- Bitkinin vəziyyətinə görə onun dilindən mesajlar verir.(şübhəli)
📐 Bitki böyüməsi loqistik funksiya ilə hesablanır:
h (t+1) = h(t) + r × h(t) × (1 − h(t)/K)
Burada:
h(t)-Cari anda bitkinin hündürlüyü
h(t+1)-Növbəti addımda bitkinin hündürlüyü
r-Böyümə sürəti(sensorlardan gələn məlumata görə təyin olunur)
K-Maksimum hündürlük (bu sabitdir, bitkinin növünə görə dəyişir, məsələn pomidor max 150 sm böyüyə bilər)
🚀 Necə İşə Salmaq Olar?
1.Wokwi.com saytını açın.
2.Yeni Arduino layihəsi yaradın.
3.code.ino faylını yapışdırın.
4.diagram.json faylını yapışdırın.
5.Simulyasiyanı işə salın.
Nələrsə:
- Telefona bitkinin istəyi haqda bildiriş göndərmək.(məsələn nəmlik 30%-dən aşağı düşəndə "Yezitsən? Su ver da." bildirişi)
- Temperatur sensoru(DHT22 və ya DS18B20) əlavə etmək.(temperatur normadan çox və ya az olanda bir çox bitki(növünə görə) stres altında böyüməyə məruz qalır(mənim kimi),bu da bitkinin böyümə sürətinə öz təsirini göstərir)
- AI ilə Proqnozlaşdırmaq.( bitkinin növünə və əvvəlki məlumatlara əsasən bitkinin gələcək vəziyyətini və edilməli olan şeyləri proqnozlaşdırmaq eyni zamanda bitkinin müxtəlif mövzulardakı faydaları və istifadəsi haqda məlumat vermək)
Gələcəkdə bu project vasitəsi ilə insanlar müxtəlif faydalı bitkilərin xüsusiyyətlərini araşdırıb, onları insanlara maximal fayda verməsi üçün necə yetişdirməli olduqlarını öyrənə bilərlər. Beləcə təbiətin bizə bəxş etdiyi möcüzələrdən düzgün faydalana bilərik.
İbn Sina:
Sağalmaz xəstəlik yoxdur, yalnız iradə çatışmazlığı vardır. Faydasız ot yoxdur, yalnız bilik çatışmazlığı vardır.